Apr
2017
14:05
26
119
2164
Virtual karabakh

Bakıda fransız qastronomiya günləri keçirilir

5 Apr, 2017
14:05
2164

Bakıda fransız qastronomiya günləri keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Fransanın dadı” adlı fransız qastronomiya günləri keçirilir.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumat verən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qastronomiya günlərinin aprelin 5-dən 15-nə qədər davam edəcəyini bildirib.

Bu tədbirin Azərbaycanda artıq üçüncü dəfədir keçirildiyini qeyd edən diplomat deyib:

“Tədbir bu il əvvəlki illərə nisbətən daha yüksək səviyyədə təşkil olunub. Əsas məqsəd Fransa qidalarını təbliğ etmək və qastronomiya ilə mədəniyyətlər arasında bağlılığı nümayiş etdirməkdir”.

Səfir qeyd edib ki, bu tədbir Azərbaycanda fəaliyyət göstərən 4 restoranla əməkdaşlıq şəklində həyata keçiriləcək və müəyyən edilmiş günlərdə aşpazlar fransız mətbəxi nümunələrini ziyarətçilərə təqdim edəcəklər.

Qeyd edək ki, “Goût de/Good France” tədbirinin üçüncü buraxılışı qastronomiya bayramını qeyd etmək üçün 5 qitə üzrə 2000-dən artıq aşbazı bir araya gətirir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri