13 
Apr
2017
15:25
143
24
2652
Virtual karabakh

“Çölçü” filmi Hindistanda mükafata layiq görülüb

13 Apr, 2017
15:25
2652

“Çölçü” filmi Hindistanda mükafata layiq görülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Kult Beynəlxalq Film Festivalının mart ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

Bu barədə Oxu.Az-a “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.

Qeyd edək ki, “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq film festivalında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri