13 
Apr
2017
18:50
39
194
4114
Virtual karabakh

Bakıda Berlinin rəmzi olan “Baddi ayısı”nın heykəli qoyulub – FOTO

13 Apr, 2017
18:50
4114

Bakıda Berlinin rəmzi olan “Baddi ayısı”nın heykəli qoyulub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Almaniyanın Azərbaycandakı səfirliyinin yerləşdiyi binanın qarşısında (Nizami 69) Berlinin rəmzi olan “Baddi ayısı”nın heykəlinin açılışı olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən səfir Mixael Kindskrab bildirib ki, bu heykəl iki ölkə arasında dostluğun rəmzi olacaq.

Səfirin sözlərinə görə, ayının heykəlinin Bakıda qoyulması ideyası bir müddət əvvəl səslənib: “Bakıya ayının heykəli ağ şəkildə gəlib. Daha sonra səfirlik və rəssamlıq akademiyası müsabiqə elan edib və Azərbaycanlı rəssam tərəfindən rənglənib”.

M. Kindskrab bildirib ki, diplomatik münasibətlərin 25 illiyində qoyulan bu heykəl iki ölkə arasında dostluğun simvoludur.

Daha sonra heykəlin açılışı olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri