14 
Apr
2017
10:19
87
29
1889
Virtual karabakh

Xalq artisti Fatma Qədrinin anım tədbiri keçiriləcək

14 Apr, 2017
10:19
1889

Xalq artisti Fatma Qədrinin anım tədbiri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 14-də Akademik Milli Dram Teatrının kollektivi, teatr xadimləri I Fəxri xiyabanda Xalq artisti Fatma Qədrinin məzarını ziyarət edəcək.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Xatirə tədbirində Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışılacaq, onun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Qeyd edək ki, milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 1907-ci ildə Odessa şəhərində doğulub. Rus dilində təhsil alan və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma Qədri Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. O, səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib.

Fatma Qədri 1968-ci ildə Bakıda vəfat edib.  

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri