14 
Apr
2017
18:31
175
22
3755
yuxarı
Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
14 Apr, 2017
18:31
3755
175
22
Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Aprelin 18-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək.
İttifaqdan Oxu.Az-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni” adlı konfransda respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Konfrans çərçivəsində unudulmaz sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi açılacaq, yorulmaz sənət fəaliyyətinə nəzər salınacaq.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
26 
Apr
2024
08:30
Müəllimlikdən kağızburma sənətinə: “Proqram maraqsız gəlirdi” - MÜSAHİBƏ + FOTO
69
5
2665
25 
Apr
2024
12:28
Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”
16
81
2905