17 
Apr
2017
08:55
126
23
4417
Virtual karabakh

“Forsaj - 8” filmi prokatın ilk həftəsində rekord məbləğdə gəlir gətirib

17 Apr, 2017
08:55
4417

“Forsaj - 8” filmi prokatın ilk həftəsində rekord məbləğdə gəlir gətirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivudda çəkilən “Forsaj - 8” filmi (“The Fate of the Furious”, 2017) prokata çıxdığı ilk həftə ərzində, ilkin məlumata görə, təqribən 532,5 milyon dollar gəlir gətirib ki, bu da sözügedən göstərici üzrə mütləq rekorddur.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə filmin hüquqlarının məxsus olduğu Amerikanın “Universal Pictures” kinoşirkəti məlumat yayıb.

Beləliklə, Feliks Qeri Qreyin rejissoru olduğu ekran əsəri “Ulduz müharibələri: Güclərin oyanışı” filminin (“Star Wars: The Force Awakens”, 2015) rekordunu yeniləyib. Sonuncu dünya prokatının ilk həftəsi 529 milyon dollar gəlir gətirib.

Filmdə baş rolları Vin Dizel Dueyn Conson ifa edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri