20 
Apr
2017
09:09
101
7
2334
Virtual karabakh

Daşkənddə azərbaycanlı şairin barelyefinin açılışı olub – FOTO

20 Apr, 2017
09:09
2334

Daşkənddə azərbaycanlı şairin barelyefinin açılışı olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı şair, bu ölkənin Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın Daşkənd şəhərində yaşadığı evin üzərinə onun xatirə lövhəsi vurulub.

Oxu.Az-ın Report-a istinadla məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan lövhənin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini söyləyib.

S.Abbasov Özbəkistandakı tanınmış azərbaycanlıların irsi, habelə şair İxtiyar Rzanın yaradıcılığı haqqında danışıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova Özbəkistanın inkişafında azərbaycanlıların roluna toxunub.

Qeyd edək ki, İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda yaşayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri