24 
Apr
2017
15:28
20
247
8829
Virtual karabakh

Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olundu – FOTO + YENİLƏNİB

24 Apr, 2017
15:28
8829

Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olundu – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.

14:33

Azərbaycanın Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi başlayıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, mərasim Təzəpir məscidində keçirilir.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.

12:02

Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabov vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

Dəfn yeri və vida mərasiminin keçiriləcəyi yer dəqiqləşdirilir.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

“Şöhrət” ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

Ramiz Zöhrabovun oğlu, rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri