May
2017
14:39
12
301
41144
Virtual karabakh

Rəşid Behbudovun qızı anasının məclisinə gələ bilmədi – FOTO

3 May, 2017
14:39
41144

Rəşid Behbudovun qızı anasının məclisinə gələ bilmədi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib. Mərasimdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak edib.

Bundan başqa, Ceyran Behbudova ilə vidalaşmaq üçün Musiqili və Komediya Teatrının rəhbəri Əliqismət Lalayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, aktrisa Şükufə Yusifova da məscidə gəlib.

Rəşid Behbudovun qızı Rəşidə Rəşid səhhəti ilə əlaqədar olaraq anasının vida mərasiminə qatılmayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri