May
2017
12:01
55
171
10182
Virtual karabakh

“Qayınana” filminin Afəti: Xoş xatirələrdən danışa bilmərəm

5 May, 2017
12:01
10182

“Qayınana” filminin Afəti: Xoş xatirələrdən danışa bilmərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qayınana” filmində Afət obrazını yaradan Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Milli.Az-a müsahibə verib.

Oxu.Az xəbər verir ki, o, tez-tez Bakıdan dəvət aldığını, lakin qəbul etmədiyini bildirib.

“Əslində, Bakı ilə bağlı heç bir telefon zənginə cavab vermirdim, çünki nə qədər də rus dilində danışsanız, Bakı ləhcəsini sizdə hiss edirəm. Bakıda mən unudulmaz xatirələr keçirmişəm, dostlarım çox olub. Xoş xatirələrim olsa da, onlardan hazırda danışa bilmərəm. Azərbaycandan zəng edərək məni efirlərə dəvət edirlər, yaxud da xahiş edirlər ki, gəlib sizi teatrda çəkək.

Mən 40 il sonra efirdə nəyi etiraf edəcəyəm ki? Bütün bunlar artıq mənə maraqsızdır və daha mənim o vaxtım deyil ki, çıxım efirdə hansısa xoş xatirədən danışım. Məni unutmadığınız üçün sizə təşəkkür edirəm. Üzrlü sayın, mən tamaşaya hazırlaşmalıyam”,- deyə aktrisa vurğulayıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri