10 
May
2017
18:30
251
74
7188
Virtual karabakh

Alim Qasımov efirdə nəvəsi ilə duet oxudu – VİDEO

10 May, 2017
18:30
7188

Alim Qasımov efirdə nəvəsi ilə duet oxudu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı Xalq artisti Alim Qasımov olub.

Oxu.Az xəbər verir ki, ilk öncə xanəndənin atası onun haqqında öz fikirlərini bölüşüb və uşaqlıq illərindən danışıb.

“Alim uşaq vaxtı gedib poçtda oxuyurdu. Kiçik yaşlarında toya aparırdılar, orada da oxuyurdu. Şəhərə özü getdi, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə qəbul olundu. Dedi ki, mənə avtomobil alın, onunla şəhərə gedim. Dedik, axı pulumuz yoxdur. Köhnə bir “Moskviç” aldıq.

Fərqanə də maşallah, uşaq vaxtı başında kəlağayı ağlayırdı ki, tarı çal, mən oxuyum. Xanəndə oldu. Alimin indi səsi azalıb, cavan vaxtı deyirdim ki, oxu. Deyirdi ki, sən də deyirsən oxu? Deyirdim ki, sənin oxumağından doymuruq”.

Daha sonra Alim Qasımovun atası oğlu ilə qürur duyduğunu, ondan razı qaldığını bildirib:

“Xasiyyəti bir az tünddür. O, oxuyanda gərək ona fikir verəsən. Oxuduğu zaman başqa 2 nəfər söhbət edəndə acıqlanır, xoşuna gəlmir. Mənim üçün fərəhdir. Hamı mənə Alimin xətri üçün hörmət edir. Məni hər yerdə Alimə görə tanıyırlar. O, oxumağı ilə bu yerə gəlməsəydi, mən çoxdan ölmüşdüm. Mən onunla yaşayıram. Alim məni qohumlar, nəvələr, digər oğlumdan çox sevir. Göydə Allah, yerdə isə Alim kömək edir, saxlayır məni. Məni yaşadan odur. Allah onun ömrünü uzun etsin, səsinə qüvvət versin”.

Sonda Xalq artisti efirdə sürpriz qonaqla qarşılaşıb. Belə ki, efirə 3 yaşlı nəvəsi Alim qonaq gəlib.

“Alimin yolunu 8-9 il gözləmişik. Bu gəlincə digər nəvələrim də böyüdü. Onların da ləzzətini almışam. Fərqanənin böyük qızı Fatimə ilə də dostluq etmişəm”.

Daha sonra Xalq artisti efirdə 3 yaşlı nəvəsi ilə duet oxuyub.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri