11 
May
2017
14:37
21
125
5169
Virtual karabakh

Rafael Dadaşovun səhhəti barədə son məlumat

Bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.

Oxu.Az-ın Lent.az-a istinadla xəbərinə görə, Xalq artistinin qızı, müğənni Səidə Dadaşova bildirib ki, atası sabah Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdiriləcək.

“İndi vəziyyəti normaldır. Bakı Sağlamlıq Mərkəzindədir. Amma həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, bütün problemlər atamın böyrəyindədir. Ona görə sabah Urologiya xəstəxanasına yerləşdiriləcək. Rafael müəllim bu günə qədər 2 dəfə ürək əməliyyatı keçirib, indi də ağrıları var. Həkimlər yaxşı olacağını deyirlər”, - deyə o bildirib.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri