11 
May
2017
18:55
169
45
2174
Virtual karabakh

İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb

11 May, 2017
18:55
2174

İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, sənəddə deyilir ki, 2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.

Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.

Milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş xalq artisti Bülbülün 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alınıb ki, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri