12 
May
2017
19:25
151
49
11992
Virtual karabakh

“Şanxay, Bakı” filmi sosial şəbəkədə təqdim olundu - VİDEO

12 May, 2017
19:25
11992

“Şanxay, Bakı” filmi sosial şəbəkədə təqdim olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkədə azərbaycanlı rejissor Teymur Hacıyevin 2016-cı ilin mart ayında nümayiş olunan “Şanxay, Bakı” qısametrajlı filmi təqdim edilib.

Oxu.Az-a müsahibəsində rejissor Teymur Hacıyev bildirib ki, “Şanxay, Bakı” filmi nüfuzlu Tampere Film Festival (Finlandiya), Milano Film Festival (İtaliya), Sarajevo Film Festival (Bosniya və Herseqovina), Curta Cinema (Braziliya), Huesca Film Festival (İspaniya), Uppsala Film Festival (İsveç) da daxil olmaqla, 18 beynəlxalq festivalda nümayiş etdirilib.

Filmin məzmunu belədir: Samir həvəskar kinorejissordur. O, öz despot atası və böyük bacısı Roza ilə neftlə zəngin Bakının yaxınlığında yerləşən “Şanxay” adlanan məhəllədə gecəqonduda yaşayır. Bir dəfə Samir təsadüfən Rozanın sevgilisi Moskvada yaşayan azərbaycanlı emiqrant Rasim ilə olan intim anlarını videoya çəkir. Samir ictimai qınağın gücünü və atasının mühafizəkar həyat baxışlarını bilərək Roza və Rasimi kompromat video ilə hədələyir.

Teymur Hacıyev rejissor kimi 2013-cü ilin sentyabrında ilk “Yara” adlı qısa filmini çəkib. Həmin filmin premyerası ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında olub. 2016-cı ilin martında o, ikinci “Şanxay, Bakı” adlı qısametrajlı filmini lentə alıb, onun nümayişi isə Finlandiyada “Tampere Film Festivalı”nda baş tutub. 

Qeyd edək ki, filmin nümayişinə giriş sərbəstdir.

 

A.S.

www.oxu.az


 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri