16 
May
2017
11:53
58
41
2060
Virtual karabakh

“Walt Disney”in ekranlara çıxmayan filmi hakerlər tərəfindən oğurlanıb

“Walt Disney” şirkətinin hələ ekranlara çıxmayan filmi haker hücumuna məruz qalaraq oğurlanıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bob Ayqer məlumat yayıb.

Direktorun sözlərinə görə, kibercinayətkarlar bunun əvəzində ondan pul tələb etsələr də, rədd cavabı alıblar. Eyni zamanda Ayqer, söhbətin məhz hansı filmdən getdiyini açıqlamayıb.

“Deadline” portalının məlumatına görə, kibercinayətkarlar hələ prokatlara çıxmayan “Karib dənizinin quldurları: ölülər nağıl danışmırlar” filmini oğurlamağa müvəffəq olduqlarını bildiriblər.

Mayın 12-də “WannaCry” virusundan istifadə yolu ilə genişmiqyaslı haker hücumunun baş verdiyi məlum olub. Kiberhücuma onlarla ölkənin şirkət və müxtəlif idarələri məruz qalıb.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri