16 
May
2017
21:00
100
122
6775
Virtual karabakh

Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan olunub

16 May, 2017
21:00
6775

Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mayın 18-də Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan olunub. 

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, “Açıq qapı” günü çərçivəsində ziyarətçilər Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, “Kukla incəsənətdə”, tanınmış meksikalı rəssam-heykəltəraş Xorxe Marinin “Varlığın canlanması”, almaniyalı fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” sərgiləri, həmçinin Mərkəzin daimi ekspozisiyasında nümayiş etdirilən böyük britaniyalı heykəltəraş Aniş Kapurun “Parobolik bükülmə”, ispan rəssam Jaume Plensanın “Avtoportret”, yapon rəssamları Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri” və Mariko Morinin “Dövrilik-1” əsərləri ilə tanış ola bilərlər.

“Açıq qapı” saat 11:00-dan 17:00-dək davam edəcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri