17 
May
2017
09:09
68
23
1997
Virtual karabakh

Azərbaycanda “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq

17 May, 2017
09:09
1997

Azərbaycanda “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Şirvanşahlar Sarayı, Tahir Salahovun Ev-muzeyi, Üzeyir Hacibəylinin Ev-muzeyi və digər muzeylər tədbirlər keçirdəcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri