17 
May
2017
19:10
9
192
5431
Virtual karabakh

Xalq artisti xəstəxanaya yerləşdirilib

17 May, 2017
19:10
5431

Xalq artisti xəstəxanaya yerləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Rafiq Hüseynov xəstəxanaya yeriləşdirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya onun özü məlumat verib.

R.Hüseynov mayın 14-də Mərkəzi Neftçilər Xəstəxanasına yeriləşdirildiyini deyib: 

“Özümü yaxşı hiss etmirdim. Həkimlər məsləhət gördülər ki, xəstəxanada müalicə alım. Ayaqlarımda şiş var, başım gicəllənir. Diaqnoz bir xəstəliklə bağlı deyil. Amma əsas odur ki, onkoloji problemlə əlaqəsi yoxdur”.

R.Hüseynov əlavə edib ki, xəstəxanadan nə vaxt çıxacağını bilmir: “Həkimlər deyir darıxma, yaxşı olacaq. Mən də ümid edirəm, hər şey yaxşı olacaq”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri