17 
May
2017
17:34
13
67
2930
Virtual karabakh

IMAX sevərlər üçün eksklüziv – Kapitan Cek Sparrow hamıdan öncə məhz onlarla görüşəcək

17 May, 2017
17:34
2930

IMAX sevərlər üçün eksklüziv – Kapitan Cek Sparrow hamıdan öncə məhz onlarla görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Park Cinema” kinoteatrlar şəbəkəsi IMAX sevərlər və Kapitan Cek Sparrow ilə hər kəsdən öncə görüşmək istəyənlər üçün növbəti eksklüzivi diqqətinizə çatdırır. İlin ən çox gözlənilən filmi olan “Karib dənizinin quldurları 5: ölülər nağıl danışmır” premyeradan öncə IMAX formatında ekranlara çıxacaq, daha dəqiq desək, may ayının 23 və 24 tarixlərində “Park Cinema Flame Towers”da premyera öncəsi nümayişi baş tutacaq. 

Biletlər kinoteatrın saytında artıq satışdadır: 

http://parkcinema.az/movies/view/4445/karib-denizinin-quldurlari-oluler-nagil-danismir-imax#tab-imax 

Filmin beşinci hissəsi Kapitan Cek Sparrownun (Conni Depp) sərgüzəştlərinin ardıdır. Onun çoxdankı düşməni kapitan Salezar (Havyer Bardem) xəyalətlərdən ibarət dəstəsi ilə Kapitan Cek Sparrownun axtarışındadır. Kapitan Hektor Barbossa (Ceffri Raş) axtarışlarda onlardan heç də geri qalmır.

Ceki xilas etməyə isə yalnız Poseydonun üçdişli yabası qadirdir. Sözügedən artefakt nəinki bəlalardan xilas edəcək, hətta bütün dənizlər üzərində hakimiyyəti də verəcək. Lakin kapitan Cek bilir ki, kapitan Hektor Barbossanın köməyi olmadan işin öhdəsindən gələ bilməyəcək, çünki digər güclü artefakt – Qara Saqqalın qılıncı Barbossanın əlindədir.   

Filmin beşinci hissəsinin çəkiləcəyi haqda hələ 2011-ci ildə bildirilmişdi. Ssenari üzərində işlərə 2013-cü ildə start verilmişdi. Maddi dəstək çatışmamazlığından çəkilişlərin başlanması, həmçinin premyeranın tarixi iki dəfə təxirə salınmışdı.  

Filmin çəkilişləri Avstraliyada gerçəkləşdirilmişdir və burada filmi ərsəyə gətirənlərə 20 milyon dollar məbləğində vergi rüsumu təklif olunmuşdur. “Karib dənizinin quldurları” filmindən öncə indiyə kimi heç vaxt sekvellərdə çəkilməyə razılıq verməyən baş rolun əvəzolunmaz ifaçısı Conni Depp bununla layihəyə olan sevgisini bir daha nümayiş etdirmişdir. 

Qeyd edək ki, “Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri