18 
May
2017
12:28
15
45
1065
Virtual karabakh

“CinemaPlus”: Yaxşı film yalnız “Dolby Atmos”da olar!

Keyfiyyətli görüntüsü, yalnız səsi “Dolby Atmos” olmayan kino – Lal kinodur! Azərbaycanda yeganə “Dolby Atmos” texnologiyasına sahib “CinemaPlus Gənclik Mall” premium kinoteatrı 25 may tarixindən etibarən çoxdan gözlənilən fentezi janrında çəkilən “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” macəra filmin nümayişinə başlayır. Əgər siz sevdiyiniz filmdən əsl zövq almaq, mükəmməl səs müşayiəti altında hadisələrin mərkəzinə daxil olmaq istəyirsinizsə, “Dolby Atmos” formatında çəkilən filmə baxmaq fürsətini qaçırmayın. Biletlər artıq satışdadır.

Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına “Dolby Atmos” film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkanı yaradır. Nəticədə, tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Tezliklə dünyanın bütün iri kinoteatrları “Dolby Atmos” texnologiyasından istifadə edəcəyi gözlənilir.

Filmin rejissorları Xoakim Ronninq və Espen Sandberqdir. Rollarda Conni Depp, Xavyer Bardem, Kaya Skodelario və başqaları çəkilib.

Öz bəxtini tükəndirən kapitan Sərçə Cek müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və onun ruh dəniz quldurları onun ovuna çıxıblar. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri