23 
May
2017
14:59
54
21
3327
Virtual karabakh

Cavid Osmanov: Romanı müəllifin dilindən eşitmək çox möhtəşəmdi

23 May, 2017
14:59
3327

Cavid Osmanov: Romanı müəllifin dilindən eşitmək çox möhtəşəmdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 4-də baş tutan qeyri-adi təqdimat mərasimi ilə yadda qalan keçmiş teleradio aparıcısı Cavid Osmanov Bakının andeqraund kafelərinin birində “MediaMən” adlı romanının rəsmi oxunuşunu keçirib. 

Müəllif tədbir iştirakçılarına romanından seçmə fəsilləri oxuyaraq onları kitab ilə daha yaxından tanış etmək istədiyini bildirib.

“Mənə elə gəlir ki, romanı müəllifin dilindən eşitmək çox möhtəşəmdi. Mən şəxsən çox əyləndim”, - bunları Cavid Osmanov deyib. 

Oxunuş zamanı hər fəsildən sonra səslənən alqışlar, təbii ki, müəllifi sevindirməyə bilməzdi. Amma qeyd etməliyik ki, gecə tək bununla yadda qalmadı. Rəssam Nadir Şah C.Osmanova çəkdiyi portreti hədiyyə etdi.

 

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri