24 
May
2017
10:26
43
5
1894
Virtual karabakh

Kann festivalında atəşfəşanlıq təxirə salındı

24 May, 2017
10:26
1894

Kann festivalında atəşfəşanlıq təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Fransanın Kann şəhərində 70-ci Beynəlxalq Kino Festivalı münasibətilə təşkil edilən atəşfəşanlıq ləğv edlib.

Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, festival təşkilatçıları belə bir qərarı Mançesterdə baş vermiş terror aktına görə qəbul ediblər.

Atəşfəşanlığın ləğv edilməsi barədə məlumat yayan təşkilat komitəsi Mançesterdəki terror hadisəsindən sonra kinofestivalın təşkilində təhlükəsizlik məsələlərində nəsə dəyişiklik edilib-edilməməsi barədə əlavə məlumat verməyib. Bununla belə, kinofestivalın təşkilatçıları bildiriblər ki, festivala qatılanlar tam arxayın ola bilərlər, festivalla bağlı bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə qurulub.

Qeyd edək ki, tədbirin açılış mərasimində Mançester terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri