24 
May
2017
10:12
59
14
1418
Virtual karabakh

Birləşmiş Diasporun təşkilatçılığı ilə Lvovda Azərbaycan Musiqi Günü – FOTO + VİDEO

24 May, 2017
10:12
1418

Birləşmiş Diasporun təşkilatçılığı ilə Lvovda Azərbaycan Musiqi Günü – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Lvov Şəhər Filarmoniyasında XXXVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Günü keçirilib. 

Oxu.Az Azadinform-a istinadla xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə baş tutan tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, UABD-nin sədri Hikmət Cavadov, Lvov Şəhər Administrasiyası rəhbərliyi və Ukraynada Azərbaycan diasporunun tanınmış simaları iştirak ediblər.

Azərbaycan Musiqi Günü Lvov Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifası və Yalçın Adıgözəlovun dirijorluğu ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlayıb. Dj.Gerşvinin fortepiano ve orkestr üçün konsertini SSRİ Xalq artisti Fərhad Bədəlbəyli ifa edib.

Sonra Yalçın Adıgözəlovun dirijorluğu ilə Qara Qarayevin “İldırımlı yollarla” baletindən ikinci süita səsləndirilib. 

Yüksək anşlaqla baş tutan konsert tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Qeyd edək ki, konsert 28 May - Respublika Günü ilə əlaqədar UABD-nin Ukraynada təşkil etdiyi tədbirlər silsiləsindəndir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri