24 
May
2017
11:43
59
103
4534
Virtual karabakh

Stalinin nəvəsi vəfat edib

24 May, 2017
11:43
4534

Stalinin nəvəsi vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İosif Stalinin nəvəsi, rejissor Aleksandr Burdonski dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a çərşənbə günü Rusiya ordusunun Mərkəzi Akademik Teatrından bildiriblər. 

“Aleksandr Vasilyeviç bu gecə dünyasını dəyişib”, - İnterfaks-a rejissorun işlədiyi teatrdan deyiblər. 

Teatrda onun uzun müddətdir ki, ürəyində olan problemlərdən əziyyət çəkdiyi bildirilib. 

Rusiyanın Xalq artisti Burdonski, Rusiya ordusunda səhnəyə qoyulan 20-dən çox tamaşanın quruluşçu-rejissoru idi. Onun quruluşunu verdiyi tamaşalar sırasında “Qəlbin simlərində ifa”, “Səfehy Platonov”, “Gözlənilməyən” və s. tamaşalar yer alır.  

Bundan başqa, Burdonski – SSRİ Nazirlər Şurasının sədri İosif Stalinin nəvəsi, Aviasiya general-leytenantı Vasili Stalinin oğlu idi. 

Keçən il rejissor 75 illik yubileyini qeyd etmişdi. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri