27 
May
2017
22:09
46
218
4782
Virtual karabakh

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

27 May, 2017
22:09
4782

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın ən yaşlı aktrisası Varvara Şurkovetskaya 103 yaşında Postov-Don şəhərində vəfat edib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya teatr xadimləri İttifaqından bildirilib.

Varvara Şurkovetskaya 1913-cü ildə Pyatiqorsk şəhərində dünyaya gəlib. Aktyorluq fəaliyyətinə 1930-cu illərdə, Aşqabad Rus Dram Teatrında başlayıb. İkinci Dünya müharibəsi dövründə cəbhədə hərbçilər qarşısında konsert və tamaşalarla çıxış edib. Müharibə dövründə bir neçə medalla təltif edilib.  Rostov Komediya Teatrında, daha sonra isə M.Qorki adına Rostov Dram Teatrında  fəaliyyətini davam etdirib.    

“Pəncəni ver dost!” filmində, “Nadejda Durova”, “Sərkərdə Suvorov”, “Port-Artur” və s. tamaşalarda oynayıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri