14 
İyn
2017
12:05
68
26
4021
Virtual karabakh

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

14 İyn, 2017
12:05
4021

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi - 2017” yekunlaşıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib. Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-Pri mükafatına layiq görülüb. Gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yeri qazanıb. Xanəndəyə həm də “Tamaşaçı alqışı” mükafatı təqdim olunub. İkinci yeri Səma SultanovaRəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid AbdullayevMəcid Əsri tutublar.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri