14 
İyn
2017
16:21
20
86
3615
Virtual karabakh

“CinemaPlus Amburan” kinoteatrında yay mövsümünün açılışı keçirilib – FOTO + VİDEO

14 İyn, 2017
16:21
3615

“CinemaPlus Amburan” kinoteatrında yay mövsümünün açılışı keçirilib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirin keçirildiyi məkan xüsusi dekorasiyaların köməyi ilə Meksika üslubunda bəzədilib. Furşet masası isə yalnız Meksika yeməklərindən, alkoqollu və alkoqolsuz içkilərdən ibarət olub.

Gecənin qonaqları aktyor, ifaçı, rejissor, prodüser, blogger, televiziya aparıcıları, sahibkarlar, iri şirkət rəhbərləri və KİV nümayəndələri olub.

Bayram əhval-rühiyyəli kinoteatrda musiqi sədaları altında maraqlı müsabiqələr keçirilib, dəyərli hədiyyələr oynanılıb.

Tədbir “Malibu xilaskarları” komediya filminin nümayişi ilə bitib. Daha sonra qonaqlar “La Vida” Meksika tekila barda əyləniblər. Həmçinin kino həvəskarları üçün “CinemaPlus Amburan” sürpriz hazırlayıb. Belə ki, kinoteatr 24 saat işləyəcək.

“CinemaPlus Amburan” kinoteatrı Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

“CinemaPlus Amburan”da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolarla təchiz olunub. Bundan başqa, “CinemaPlus Amburan” kinoteatrında “Master İmage 3D” texnologiyası  tətbiq olunur.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sizi  sevindirməyə hazırdır. 

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri