16 
İyn
2017
14:43
14
98
4290
Virtual karabakh

Kinomanlar üçün şad xəbər: “IMAX”-da super qiymət

16 İyn, 2017
14:43
4290

Kinomanlar üçün şad xəbər: “IMAX”-da super qiymət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maşınlar, Transformerlər, Hörümçək adam – böyük ekranda sizi gözləyir.

Sevdiyimiz qəhrəmanların yer aldığı yeni filmləri görmək hər zaman xoş təsir bağışlayır. Xüsusilə, bu filmləri böyük ekranda, “IMAX” formatında izləmək imkanı varsa, bu, kinomanlar üçün ikiqat zövqdür. 

Oxu.Az xəbər verir ki, yay mövsümünün başlaması ilə əlaqədar “Park Cinema” kinoteatrlar şəbəkəsi “IMAX”-da “Super Qiymət” aksiyasına start verir.

“İyul ayının ortasına kimi bu yayın ən məşhur premyeraları gözlənilir və biz böyük məmnuniyyətlə kinosevərlərə bu filmləri super qiymətə izləmək şansı təqdim edirik. Belə ki, bazar ertəsindən çərşənbə gününə qədər “IMAX”-da günorta seansları üzrə super qiymət qüvvədə olacaq – 6.90 azn. İnanırıq ki, izləyicilər böyük ekranda sevimli qəhrəmanlarına bir addım daha yaxın olacaq və “IMAX”-ın xüsusi effekt və səs keyfiyyətindən zövq alacaqlar”, - deyə kinoteatrlar şəbəkəsinin Marketinq üzrə direktoru Musa Axundov bildirib.

Aksiya müddətində “Maşınlar 3”, “Transformerlər: Sonuncu cəngavər”, həmçinin “Hörümçək adam: Evə qayıdış” filmləri “IMAX” formatında nümayiş etdiriləcək. Kinosevərlər biletləri həm onlayn, həm də “Flame Towers”də yerləşən “IMAX” kinoteatrının kassasından əldə edə bilərlər.

Qeyd edək ki, “Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə “IMAX” formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

“IMAX” repertuarı və cədvəl haqda ətraflı məlumatı buradan əldə edə bilərsiniz: http://parkcinema.az/imax

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri