17 
İyn
2017
10:24
15
153
4372
Virtual karabakh

Xalq artisti təcili əməliyyat olunmalıdır

17 İyn, 2017
10:24
4372

Xalq artisti təcili əməliyyat olunmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb.

Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, o, Türkiyədə əməliyyat olunacağını bildirib.

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”,-deyə R.Hüseynov vurğulayıb.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri