19 
İyn
2017
15:12
34
47
1862
Virtual karabakh

“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark”ın təqdimatı – FOTO + VİDEO

19 İyn, 2017
15:12
1862

“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark”ın təqdimatı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus Ganjlik Mall”da, “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman” cizgi filminin təqdimatı baş tutub.

Kinoteatrdan Oxu.Az-a verilən xəbərə görə, dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinqi Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post-prodakşnı Vüqar İslamzadə, direktoru Cəfər Axundzadədir.

Animasiya filmini Əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.

Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidir.

Cizgi filminin qısa məzmunu belədir: Qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz.

Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa, istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır...

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etmək və kino aləmində olan ən yaxşı premyeralarla sizi sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri