20 
İyn
2017
21:23
19
107
1941
Virtual karabakh

“Doktor Kim” və “Qəza” seriallarının aktyoru dünyasını dəyişib

20 İyn, 2017
21:23
1941

“Doktor Kim” və “Qəza” seriallarının aktyoru dünyasını dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı aktyor və aparıcı Brayn Kent Londonda dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

Aktyorun 83 yaşı var idi. Qeyd edilir ki, Kent uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi. Aktyor qocalar evində ölüb. 

Brayn Kent 1933-cü ildə İpsuiçdə anadan olub. Böyük Britaniyada o, uşaq verilişlərinin aparıcısı kimi məşhurdur. Aktyor 1960-cı illərdə “Doktor Kim” serialında bir neçə epizodik rol ifa edib. O, həmçinin elmi-fantastik “Doktorların on illiyi” (2010) və qısametrajlı “Dalekin yazıları” (2006) filmində çəkilib.          

Bundan başqa Kent “Kreyn”, “Qəza”, “Dramarama” və “Həkimlər” serialında çəkilib. 2010-cu ildə Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) xüsusi mükafatına layiq görülüb.  

A.S., S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri