21 
İyn
2017
10:42
17
45
1702
Virtual karabakh

“Oskar” mükafatçısı karyerasını başa vurdu

21 İyn, 2017
10:42
1702

“Oskar” mükafatçısı karyerasını başa vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən yaxşı kişi aktyor kimi üç dəfə “Oskar” mükafatı qazanan britaniyalı aktyor Daniel Day-Lyuis bundan sonra kinolara çəkilməyəcəyini elan edib.

60 yaşlı Dey-Lyuisin agentinin yaydığı bəyanatda onun daha aktyor kimi fəaliyyət göstərməyəcəyi vurğulanıb.

Qeyd edək ki, o, kinoda ilk rolunu hələ yeniyetmə olarkən, 1971-ci ildə “Bazar, qanlı bazar” filmində alıb. O, həmişə film layihələrinin seçilməsinə ehtiyatlı yanaşıb və adətən, üç-beş ildən bir filmə çəkilib.

Bununla belə, o, oynadığı rollara görə 3 dəfə “Oskar” mükafatı ilə təltif edilib: “Mənim sol ayağım” (1989), “Neft” (2007) və “Linkoln” (2012).

Bu il Dey-Lyuisin oynadığı son film - “Xəyali sap” işıq üzü görəcək. Pol Tomas Andersonun filmində ötən əsrin 50-ci illərində Londonda moda dünyası təsvir olunub.

Daniel Dey-Lyuis 2013-cü ildə “Time” jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu şəxslərindən biri seçilib.

A.S.


© Report

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri