22 
İyn
2017
11:16
67
13
5724
Virtual karabakh

Reanimasiyada olan Xalq artistinin həkimi danışdı

22 İyn, 2017
11:16
5724

Reanimasiyada olan Xalq artistinin həkimi danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

Xanənədinin səhhəti haqqında Oxu.Az-a məlumat verən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva bildirib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“O, xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə çatdırılıb. Qəndab Quliyevanın müalicəsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Abbasəli Abbasəliyev aparır. Xanəndə hələ ki, reanimasiya şöbəsindədir. Heç bir həyati təhlükəsi yoxdur”, - deyə S.Hənifəyeva bildirib.

 A.Abbasəliyev isə Oxu.az-a açıqlamasında bildirib ki, xanəndə, eyni zamanda, xroniki böyrək çatışmazlığından da əziyyət çəkir, lakin vəziyyəti stabil olaraq qalır və qorxulu heç nə yoxdur”.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri