26 
İyn
2017
20:40
13
103
4623
Virtual karabakh

Salvador Dalinin qəbri eksqumasiya olunacaq

26 İyn, 2017
20:40
4623

Salvador Dalinin qəbri eksqumasiya olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur ispan rəssamı Salvador Dalinin qəbri açılacaq.

Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, eksqumasiya məhkəmə qərarı ilə baş tutacaq. Rəssamın qalıqlarından DNT analizi üçün nümunə götürüləcək.

Bu qərara səbəb isə Pilar Abel adlı 59 yaşlı qadının 2015-ci ildə məhkəmədə qaldırdığı miras davasıdır. O, iddia edir ki, anası Antonia Martinez de Aronun rəssamla sevgi münasibətləri olub.

Sürrealizmin əsas nümayəndələrindən olan Salvador Dali 1989-cu ildə ölüb. Onun əsərlərinin qiyməti 325 milyon avro dəyərindədir. Hazırda rəssamın ədəbi irsinə İspaniya Krallığı və Salvador Dali fondu sahib çıxıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri