26 
İyn
2017
21:55
165
16
2313
Virtual karabakh

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

26 İyn, 2017
21:55
2313

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın Səmərqənd şəhərində tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub.

Oxu.Az Report-a istinadla xəbər verir ki, açılış mərasimi şəhərdə keçirilən “Azərbaycan mədəniyyət günləri” çərçivəsində baş tutub. 

Tədbirdə çıxış edən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov heykəltaraş Eynulla Əliyev haqqında danışaraq, onun xidmətlərini yüksək qiymətləndirib.

Sonra Eynulla Əliyevin Səmərqənddə yaşadığı evinin üzərində barelyefinin açılışı olub. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinova hazırlayıb.

Qeyd edək ki, E.Əliyev uzun müddət Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri olub və onun daş, mis, bürünc, ağacdan yaratdığı əsərlər nəinki Özbəkistanda, həmçinin Moskvadakı Tretyakov Qalereyasında və digər məşhur muzeylərdə saxlanılır.

Heykəltaraş E.Əliyev özbək ədəbiyyatının dahi nümayəndəsi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan abidənin müəllifidir. O, Özbəkistanın Katta Kurqan şəhərində, Səmərqənd şəhərində, Akdarı və Payarı rayonlarında bir sıra heykəllərin müəllifidir, 1977-ci ildə isə Daşkənddəki “Mirzə Uluqbəy” metrostansiyasının döymə misdən dizaynını işləyərək ölməz əsərlər yaradıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri