27 
İyn
2017
14:11
33
289
13757
Virtual karabakh

Xalq artisti Qəndab Quliyeva dəfn olunub – YENİLƏNİB + FOTO

27 İyn, 2017
14:11
13757

Xalq artisti Qəndab Quliyeva dəfn olunub – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva dəfn olunub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, xalq artisti “Təzəpir” məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

12:10

“Təzəpir” məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, vida mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq. 

Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib. 

Qəndab Həbib qızı Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli (“Leyli-Məcnun”),  Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri