İyl
2017
10:00
21
52
4335
Virtual karabakh

Yayın ən izlənilməli filmləri – “Park Cinemada”

4 İyl, 2017
10:00
4335

Yayın ən izlənilməli filmləri – “Park Cinemada”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi yay fəsli yetişdi. Kimisi dənizə gedəcək, kimisi səyahətə, kimisi isə yayı bağ evində keçirəcək. Lakin əlbəttə ki, bu yay da kinoya hamı gedəcək. Bəs, görəsən, 2017-ci ilin yay fəsli üçün nümayiş olunacaq filmlər hansılardır? Bunu isə yalnız “Park Cinema”dan öyrənə bilərsiniz! Heç nəyi qaçırmamağınız üçün bu yayın 7 ən yaxşı filminin siyahısını sizin üçün hazırladıq. Odur ki, indidən popkornlarınızı almağa başlayın! 

Ekranlarda kult rejissorların ən gözlənilən və səs-küyə səbəb olan filmləri nümayiş olunacaq:

Con Uotts, Kristofer Nolan, Benni Bum, Nikolay Arsel, Devid F.Sandberq

“Hörümçək adam: Evə qayıdış” 6 iyul 2017-ci il tarixindən etibarən film IMAX 3D, 3D və 2D formatlarında ekranlara çıxacaq.

Qisasçılarla unudulmaz görüşdən sonra Piter Parker evə dönərək xalası Meyinin himayəsi altında sıradan bir həyat yaşamağa çalışır. Lakin Piter bir nəfərin hədəfindəndir. Toni Stark Hörümçək Adamı iş başında görüb və artıq ona yol göstərməlidir. Yeni düşmən Qartalın Piterə əziz olan hər şeyi məhv etmək hədəsindən sonra əsl super qəhrəmanın nə demək olduğunu sübut etməyin vədəsi yetişir.

Treyler: http://parkcinema.az/movies/view/3880/horumcek-adam-eve-qayidis#schedule

“Dunkirk” - rejissor Kristofer Nolanın 20 iyul 2017-cil il tarixində IMAX 3D formatında ekranlara çıxacaq müharibə dramı.

Film İkinci Dünya müharibəsinin başlanğıcında aparılmış Dunkirk əməliyyatı zamanı üç yüz mindən çox əsgərin möcüzəvi şəkildə xilas olmasından bəhs edir. Hadisələr yüz minlərlə Britaniya və mütəffiq qoşunlarının düşmən tərəfindən əhatəyə alınması ilə başlayır. Tələyə düşən əsgərlər həll edilməsi  çətin olan vəziyyətlə qarşı-qarşıya qalırlar. Düşmənlərin məngənəsi isə daha da yaxınlaşır.

Treyler: http://parkcinema.az/movies/view/4278/dunkirk#schedule

“2Pac: Əfsanə” filmin premyerası 27 iyul 2017-ci il tarixində baş tutacaq.

Repin əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri. Dəfələrlə ittiham olunmuş və həbs edilmiş qaradərili getto, kriminal münaqişələrin iştirakçısının küçələrin həqiqi səsinə və  dünya rep mədəniyyətinun ən nüfuzlu simalarından birinə çevrilməsi haqda gerçək hekayə.

Treyler: http://parkcinema.az/movies/view/4577/2pac-efsane#schedule

“Çılğın sarışın” 27 iyul 2017-ci il tarixindən etibarən

Agent Lorreyn Broton Əlahəzrətlərin məxfi kəşfiyyat xidmətinin tacı, yalnız casusluq üzrə peşəkar olmaqla kifayyətlənmir: o, olduqca cazibədardır, təhlükəlidir, həmçinin qeyri-mümkün tapşırıqlar zamanı öz unikal bacarıqlarından istifadə etməyi bacarır. Olduqca dəyərli dosyeni geri qaytarmaq tapşırığı ilə göndərilən Berlində gizli agent Devid Persival ilə çalışmalı olur. Onları casus oyunlarında çətin yollar gözləyir.

Treyler: http://parkcinema.az/movies/view/4391/cilgin-sarisin#schedule

“Qaranlıq qala”

Filmin böyük ekranda nümayişi 3 avqust 2017-ci il tarixi üçün gözlənilir. Film Stiven Kinqin kult əsərinin motivləri əsasında çəkilib. 

Filmin baş qəhrəmanı Roland qədim atıcıların cəngavər ordeninin son üzvüdür.  Başdan təkbaşına, daha sonra isə sadiq dostları ilə birgə o, magiyanın mövcud olduğu qədim Qərbin Amerikasını xatırladan postapokaliptik dünyaya uzun səfər edir. Roland və onun dostlarının sərgüzəştlərinə digər dünyalara və müvəqqəti dövrlərə səyahət daxildir. Roland əmindir ki, dünyaların mərkəzinə - Qaranlıq Qalaya çatsa,dünyanın kimin idarə etdiyini görmək və hətta dünyada nizamı bərqərar etmək üçün onun ən ali səviyyəsinə çata biləcək.

Treyler: http://parkcinema.az/movies/view/3741/qaranliq-qala#schedule

“Annabelin lənəti 2”

Yayın ən çox gözlənilən qorxu filminin premyerası 10 avqust 2017-ci il tarixindədir. Filmin süjeti oyuncaq ustası və həyat yoldaşının sığınacaqdan rahibə və bir neçə qızı evlərinə dəvət etməsindən və onların tezliklə oyuncaq ustasının yaradılışı olan Annabelin hədəfinə çevrilmələrindən bəhs edir.

Treyler:  http://parkcinema.az/movies/view/4466/annabelin-leneti-2#schedule

“Valerian və min planetlər şəhəri” 10 avqust 2017-ci il tarixindən etibarən 3 D və 2 D formatlarında.

2700-cü il, Valerian və Lorelin – vəzifə borcu naminə şübhəli işə qoşulan və müxtəlif dünyalardan olan Alfa planetinin sakinlərinin hiyləsi, yoxsa qalaktikaarası qurmanın istənilmədən iştirakçısına çevrilən kosmik spesagentlərdir.

Treyler:  http://parkcinema.az/movies/view/3996/valerian-ve-min-planetler-seheri-az-sub#schedule

Qeyd edək ki, yay repertuarı ilə daha yaxından parkcinema.az saytında, Tezliklə bölməsində tanış ola bilərsiniz.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri