İyl
2017
10:59
114
11
1615
Virtual karabakh

“Sarı gəlin” beynəlxalq festivalda birinci oldu – FOTO

6 İyl, 2017
10:59
1615

“Sarı gəlin” beynəlxalq festivalda birinci oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiya fəalları qalib olublar.

Belə ki, İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin-Surin Vəlizadələr Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar.

Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin birincisi seçiliblər. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar milli geyimlər (modelyer Könül Vəlibəyli) və atributlarla qurmuş olduqları səhnəciklə Azərbaycanın xalq mahnısını ifaçılar müsabiqəsində layiqli şəkildə təqdim etməyə müvəffəq olublar.

Bundan başqa, balacalar autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı  nominasiyasında ikinci yerə layiq görülüblər.

Xatırladaq ki, televiziya festivalının təşkilində məqsəd yetişən nəsillər arasında mədəniyyətlərin dialoqunu yaratmaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqları bir araya gətirməklə yaradıcılıq mübadiləsinə nail olmaqdır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri