İyl
2017
11:03
499
45
32273
Virtual karabakh

Azərbaycanlı fəhlənin möhtəşəm ifası – VİDEO

Azərbaycanda fəhlələrdən birinin ifası sosial şəbəkələrdə böyük maraq doğurub.

Oxu.Az xəbər verir ki, həmin şəxs iş prosesindəki fasilə zamanı muğam ifa edib. Onun möhtəşəm ifası sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib, özü də bilmədən internetdə populyarlıq qazanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, möhtəşəm ifası ilə ürəkləri riqqətə gətirən bu şəxs Saday adlı qarabağlıdır.

Sözügedən görüntüləri Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədova da təqdim edərək onun fikirlərini öyrəndik: “İfa “Bayatı-Qacar” muğamı üstündə təqdim olunub. Əvvəldə iki-üç dəqiqə şeir formasında səsləndirib, sonradan tanınmış qəzəlxan Hacı Mailin “Vətəndir” qəzəlini ifa edib. Hiss olunur ki, o, peşəkar xanəndələrə həmişə diqqətlə qulaq asıb”.

Aytən Sadıqzadə
Video: “Yeni Avaz”

Digər Mədəniyyət xəbərləri