11 
İyl
2017
11:23
44
8
2435
Virtual karabakh

Azərbaycanda havanın tərkibi haqqında onlayn məlumat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində “Onlayn hava keyfiyyəti məlumatları” adlı yeni bölmə yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bölmədə onlayn rejimdə çalışan atmosfer havasının monitorinqi stansiyasından daxil olan məlumatların birbaşa yerləşdirilməsi və ictimaiyyət üçün açıq olması təmin edilib.

Qeyd edək ki, müşahidə stansiyası vasitəsilə atmosfer havasının tərkibində olan çirkləndirici qaz qarışıqlarından - azot-4-oksid, kükürd-4-oksid, benzol, toluol, para-ksilol, ozonun səviyyəsi, dispers tozun (PM10) miqdarı təyin edilir və xüsusi proqram vasitəsilə daxil olan məlumatlar “Onlayn hava keyfiyyəti məlumatları” bölməsində qrafik formasında yerləşdirilir.

Qrafikdə çirkləndiricilər üzrə saatlıq, dispers toz barədə isə gündəlik məlumatlar əks olunub. Bölmənin sonunda isə parametrlər üzrə yol verilən qatılıq hədləri cədvəl şəklində verilib.

E.Ə.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri