13 
İyl
2017
13:11
82
27
1569
Virtual karabakh

Musiqili Teatrın aktyoru İran filminə dəvət olundu

13 İyl, 2017
13:11
1569

Musiqili Teatrın aktyoru İran filminə dəvət olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbər görə, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın tanınmış sənətçilərindən biri olan Ali Abdalidir.

Qeyd edək ki, filmdə daha bir baş rolu – Aydın obrazını Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasında baş rolun ifaçısı kimi yaxşı tanıdığı, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov ifa edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri