21 
İyl
2017
17:15
177
41
4677
Virtual karabakh

ABŞ-ın məşhur “Broadway” rəqs mərkəzində səhnəyə çıxan ilk azərbaycanlı qız

21 İyl, 2017
17:15
4677

ABŞ-ın məşhur “Broadway” rəqs mərkəzində səhnəyə çıxan ilk azərbaycanlı qız

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın məşhur “Broadway” rəqs mərkəzində ilk dəfə azərbaycanlı qız səhnəyə çıxıb.

Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, Elya Osman rəqs karyerası qurmaq üçün Nyu-Yorka köçüb və orada müxtəlif proqramlarda çıxış edərək mükafatlar qazanıb.

Latın Amerikası rəqslərinin peşəkar ifaçısı olan Elya, eyni zamanda, balet, hip-hop, hauz və müxtəlif rəqs növləri ilə məşğuldur. O, bu yaxınlarda yayımlanacaq “TENET” qısa rəqs filmində də yer alıb. Filmin xoreoqrafı Sarah Esser, rejissoru isə Ceyson Diazdır.

Elya O. Nyu-Yorkda qızlardan ibarət “Scarlet” rəqs qrupunun üzvüdür. Həmyerlimiz Emili Vetçin rəhbərlik etdiyi “Glitter Kitty” prodakşnı ilə də əməkdaşlıq edir.

Elya bir müddət əvvəl Latın rəqslərinin nümayiş olunduğu ən prestijli tədbirlərdən olan “Salsamania NYC” və “Candela Fridays”da ilk dəfə solo debüt edib, son performansı isə iyulun 17-də baş tutub. O, Nyu-Yorkda “Taj Mondays” salsa günlərində məşhur xoreoqraf Talio Kastro-Pozonun rəhbərliyi altında səhnəyə çıxıb.

Qeyd edək ki, Elya iki il əvvəl ABŞ-ın məşhur ABC telekanalında rəqsini nümayiş etdirib, 2012-ci ildə isə Bollivud filmi olan “Cocktail”də rəqs ifaçısı kimi yer alıb. Bu il isə Zee TV-də nümayiş olunan və münsiflər heyətində tanınmışların olduğu “Dance USA - 2017”-də çıxış edib. Elya indiyə qədər Şeyla Barker, Salim Qauilus, Andrea Ualker və başqa məşhur xoreoqrafların hazırladığı rəqs nömrələrində görünüb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri