21 
İyl
2017
20:30
112
25
3963
Virtual karabakh

Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanılan rəssam – VİDEO

21 İyl, 2017
20:30
3963

Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanılan rəssam – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncənin qədim məhəllələrindən birindəki evində illərdir sənəti ilə baş-başa qalan Faiq Abdullayev Bakıda və Sankt -Peterburqda peşəkar rəssamlıq təhsili alıb. Rəngkarlıq və boyakarlığın ən böyük ustadlarının sənətini mənimsəyib. Odur ki, özü də sensasiya sayıla biləcək işlər yaradır.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, qocaman rəssam daim araşdırmalara meyl etdiyindən bəzi vacib tarixi faktları da aşkara çıxarıb. 

Məsələn, müəyyən edib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə yanlış tanıyırlar.

Onun yaradıcılığı ilə bağlı başqa bir maraqlı məqam isə tablolarından birinin İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin şəxsi arxivində saxlanmasıdır. 

O,1992 ildə Bakıya gələndə Azərbaycan sənətkarlarının əl işləri ilə maraqlanıb. Britaniyaya qayıdanda Bakıdan aldığı Faiq Abdullayevin müəllifi olduğu rəsm əsərini özü ilə götürüb və həmin əsəri şəxsi kolleksiyasına daxil edib.

Faiq Abdullayev gənclikdə rəssamlıqla maraqlanarkən həm də vokal sənətinə maraq göstərib. Bu sahə üzrə təhsil almasa da səsi həmişə rəğbət görüb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri