24 
İyl
2017
18:24
20
253
13697
Virtual karabakh

Özünü və qızını öldürmək istəyən Aysel: Əzabımı yazdım sizə...

24 İyl, 2017
18:24
13697

Özünü və qızını öldürmək istəyən Aysel: Əzabımı yazdım sizə...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən sizdən umduğumu aldım. Demirəm ki, ruh halım dəyişib, yox. Amma xeyli toxtadım. Ruh halımı sizinlə açıq bölüşdüm, ağlımdan keçənləri gizlətmədim. Əzabımı yazdım sizə. Həmişəki kimi, düşündüyümü yazdım; bu dəfə özümlə bağlı. İnsanlardan kömək istədim. Özlərini yetirdilər”.

Oxu.Az-ın məlumatına görə, ötən həftə intihar anonsu ilə diqqət mərkəzində olan yazar Aysel Əlizadə artıq sakitləşdiyini deyir. 

A.Əlizadə reklam xatirinə intihar anonsu verdiyini yazanlara da mesaj göndərib: “Baxmayın o həyasız, üzü sürtülmüş, vecsiz adamlara. Onların varlığı yalnız bir işə yarıyır: baxıb elə olmamaq! İnsanların kömək istədiyini görəndə o fahişə ağızlardan çıxan “gündəm üçün edir” tipli sözlərə, “əşşi”lərə, “bu da bezdirib” deyənlərə baxmayın. Qələt edirlər. Zəifdilər, boşdular, boş. Şər, bilirsiz, niyə qalib gəlir? Çünki hər üsulu, hər alçaqlığı, hər əclaflığı özünə yaraşdırır, qalib olmaq üçün hər şeyə əl atır. Xeyir bunu bacarmır. Xeyir abırlıdı, vicdanlıdı. Xeyirin qalib gəlməsi üçün onu tək qoymamaq gərəkdi. Çoxalmaq gərəkdi. Şəri təkləmək gərəkdi. Təkləyib məhv etmək... Həmişə belə olun. Köməyə qaçın, əlinizdən gələn yardımı edin, xoş sözlə dəstək olun. İnsan içindəki sevgi ilə möcüzəvidi, böyükdü. Həmişə mən yazmışam, siz oxumusuz. Bu dəfə istədim siz yazasız, mən oxuyum. Bu cəmiyyətin hər probleminə enerji sərf etməyə çalışan bir adam kimi cəmiyyətimdən kömək istədim. Aldım. Mən bu mərhələni tək keçmək istəmirəm”.

O, baş verənləri məişət problemlərilə əlaqələndirənlərin səhv düşündüyünü bildirib: “İçimdəki bu dərin hüznü ailə davasına-filana yozanlar, bütün həyatları boyu olduğu kimi, yenə də yanıldılar. Həyat yoldaşımla yalnız bir halda narahatlığım yaşana bilər: onun başından bir tük əskik olsa. Amma mən yalnız onun həyat yoldaşı deyiləm axı... Siz də varsız. Bu dönəmdən həm də sizinlə keçmək istəyirəm. Çünki mən həm də sizin üçün yaşamışam. Əlimdən tutun, gedək. Getmək istəyirəm, çox istəyirəm...”

Aysel Əlizadənin 21 iyulda yazdığı intihar anonsu:

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri