25 
İyl
2017
17:14
34
141
4751
yuxarı
Xalq artisti Türkiyədə gizlicə müalicə alır
25 İyl, 2017
17:14
4751
34
141
Xalq artisti Türkiyədə gizlicə müalicə alır
Xalq artisti Yalçın Rzazadənin səhhətində problemlər yaranıb.
Oxu.Az-ın Yenicag.az-a istinadla məlumatına görə, dərdinə Bakıda çarə tapmayan sənətkar Türkiyəyə üz tutub. O, iki həftədən çoxdur ki, xəstəxanalarin birində ayağına görə müalicə olunur.
Xəbəri təsdiqləyən Xalq artistinin xanımı bunları deyib:
“Bəli, Yalçın müəllim müalicəyə gedib. Ayağında problem var. Daha ətraflı məlumatı isə özü Bakıya qayıdandan sonra verəcək”.
Xatırladaq ki, Yalçın Rzazadə 2017-ci ilin əvvəlində telekanalların birində pilləkəndən yıxılıb. Sənətkarın ayağı ciddi zədə aldığından bir neçə ay gipsdə qalsa da, problem aradan qalxmayıb. Ayağı sınandan sonra dizinə su yığılıb, daha sonra sinirlərdə ağrılar yaranıb.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək