26 
İyl
2017
09:52
20
119
9001
Virtual karabakh

Çəkiliş meydançasında ölən aktyorlar – SİYAHI

26 İyl, 2017
09:52
9001

Çəkiliş meydançasında ölən aktyorlar – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Kulis.az-a istinadla çəkiliş meydançasında ölən aktyorların siyahısını təqdim edir.

1973-cü ildə “Ölüm oyunu” filminin çəkilişlərində məşhur Amerika və Hon-Konq aktyoru Bryus Li 33 yaşında vəfat edib. O,ağrıkəsici həb qəbul edir və bu, beyin qansızmasına səbəb olur.

Britaniyalı aktyor Oliver Rid “Qladiator” filminin çəkilişləri zamanı dünyasını dəyişib. İçki aludəçisi olan aktyor bəhsə girərək üç şüşə Yamayka romu, səkkiz şüşə alman pivəsi, xeyli viski içib və ürək çatışmazlığından ölüb. 

1930-cu illərin seks simvolu, amerikalı aktrisa Cin Xarlou isə “Saratoqa” filminin çəkilişlərində özünü pis hiss edib, o, yorğunluqdan, qarnındakı ağrılardan şikayət edib. Xəstəxanaya yerşləşdirilən 26 yaşlı aktrisanın böyrək çatışmazlığı problemi olduğu üzə çıxıb, o, komaya düşərək dünyasını dəyişib.

1940-50-ci illərin aktyoru, amerikalı Erik Fleminq Peruda “Cəngəllik” macəra filminin çəkilişlərində çaya düşərək boğulub. Onun parçalanmış meyiti 4 gün sonra tapılıb.

Amerikalı komik aktyor Redd Foks “Kral ailəsi” televiziya şousunun məşqlərində ürək tutmasından ölüb. Ürək tutması nömrəsi onun şouda şah nömrəsi sayılırdı, aktyor publikanı şənləndirmək üçün tez-tez bunu oynayırdı. Ona görə o, ürəyini tutub yıxılanda heç kəs nə baş verdiyini anlamırdı.

Sovet kinosunun ulduzu və seks simvolu Yevgeni Urbanski “Direktor” filminin çəkilişlərində həyata vida edib. O, kaskadyorun köməyindən imtina edərək təhlükəli epizodu özü oynamaq istəyib, birinci dubl uğurlu alınsa da, aktyor ikinci dublun çəkilməsinə təkid edir. Növbəti dublda onun boyun fəqərəsi sınır. Aktyorun son sözü “İlahi, necə də ağrıyır” olub.

Ukraynalı aktrisa İnna Burduçenko “Daşdakı çiçək” filminin çəkilişlərində komsomol rolunu oynayan aktrisa səhnələrdən birində yanan barakdan bayrağı çıxarmalıydı. Rejissor onu bir necə dəfə yanan baraka qaçmağa məcbur edib. Son dublda barak çökür, aktrisanın dabanı döşəməyə ilişir və çıxmağa macal tapmır. Aktrisa aldığı yanıq xəsarətlərindən ölür.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri