26 
İyl
2017
14:40
52
34
2158
Virtual karabakh

Azərbaycanda ilk lazer proyektoru “Park Cinema”da quraşdırıldı

26 İyl, 2017
14:40
2158

Azərbaycanda ilk lazer proyektoru “Park Cinema”da quraşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha rəngli və mükəmməl görüntülü filmlər bizi gözləyir.

“Park Bulvar” ticarət və əyləncə mərkəzində yerləşən “Park Cinema” kinoteatrında ilk yeni nəsil lazer kinoproyektoru quraşdırılıb.

Bu haqda Oxu.Az-a kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundov xəbər verib.

Adi proyektordan fərqli olaraq, yeni nəsil lazerli proyektor dolğunluq yaradır və kontrastlığı artırır, beləcə, izləyiciyə böyük ekranda maksimal dərəcədə daha aydın görüntü izləməyə imkan yaradır. Proyektorun kontrastlığı artırması filmin görüntüsünə qərq olmağa şərait yaradır, eyni zamanda, çox parlaq, tünd rəngləri və hamar rəng keçidlərini əks etdirir.

Onu da qeyd etmək lazımdır ki, lazerli proyektorla film izləyən zaman görüntünün işıldaması halı baş vermir. İşığın ekranda bərabar şəkildə paylanılması nəticəsində insan gözü əks olunmuş görüntünü bütün bir vəhdət olaraq qavrayır.

“Azərbaycanda ilk yeni nəsil lazer proyektorunun “Park Cinema”da quraşdırıldığına görə çox şadıq. Bu, kinomanlar üçün əsl hədiyyədir. Sözügedən proyektorun əsas üstünlükləri arasında görüntü dəqiqliyi, yüksək səviyyədə kontrastlıq və rənglərin yüksək keyfiyyətdə ötürülməsi kimi xüsusiyyətləri qeyd etmək lazımdır. Əminik ki, izləyicilər bu cür görüntünün bəxş etdiyi fərqi elə ilk dəfədən hiss edəcəklər”,- deyə Musa Axundov bildirib.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri