Məşhur yazıçı Trampdan üzr istədi
Məşhur yazıçı Trampdan üzr istədi
Britaniya yazıçısı Coan Roulinq ABŞ prezidenti Donald Trampı tənqid etdiyi üçün ondan üzr istəyib.
Oxu.Az-ın kulis.az-a istinadən verdiyi məlumata görə Roulinq Trampı əlil arabasındakı uşağa diqqətsizlik göstərdiyinə görə tənqid etmişdi.
“Bir çox mənbələr mənə bildirdilər ki, prezidentin əlil arabasındakı uşağa diqqət göstərməməsi ilə bağlı “tvit”lərim həqiqətə uyğun deyil. Mən həmən videoda fiziki qüsurlu insanlara qarşı etinasızlığa olan münasibətimi dəqiq ifadə etmişəm”, – Roulinq yazıb.
O daha sonra əlavə edib ki, əgər “tvit”ləri ilə həmən oğlanı və onun ailəsini də incidibsə, onlardan da üzr istəyir.
Qeyd edək ki, yazıçı bir müddət əvvəl Ağ Evin rəhbərini səhiyyədə islahatlarla bağlı konfrans zamanı əlil arabasındakı oğlana diqqət göstərmədiyinə görə tənqid etmişdi.
M.B.