Avq
2017
21:28
134
48
8489
Virtual karabakh

Ölməkdən qorxan əməkdar artistin etirafı

5 Avq, 2017
21:28
8489

Ölməkdən qorxan əməkdar artistin etirafı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Novruzova 60 illik yubileyinə hazırlaşır.

Oxu.Az xəbər verir ki, Yenicag.az-a açıqlamasında aktrisa yaşlanmaqdan deyil, ölümdən qorxduğunu etiraf edib:

“30 yaşım tamam olanda deyirdim qocaldım, istəmirdim ad günümü qeyd edim. Amma indi o 30-un üstünə bir 30 da gəlib. Heç o yaşı hiss edə bilmirəm. Elə bilirəm ki 23 yaşım tamam olacaq. Çünki çox enerjiliyəm. İdmanla məşğul oluram, at çapıram. İnanın ki, o yaşı hiss etmirəm. Sadəcə içimdə bir qorxu hissi var. Sənət dostlarım Kübra Dadaşova, Gülşən Qurbanova, Xuraman Hacıyeva elə mənim yaşımda dünyadan köçdülər. Bunu ürəyimə salmışam. Hərdən qorxuram ki, birdən mən də bu yaşda dünyamı dəyişərəm. Amma hər şey Allahın əlindədir. Keçən il anam ağır xəstə oldu, insult keçirdi. Vəziyyəti ağır idi. Hətta həkimlər dedi ki, gedin yas çadırı qurun, sağalacağına ümid yoxdur. Amma anam kəfəni yırtdı, hələ də yaşayır. Sözümün canı budur ki, ömrü verən Allahdır, harda qırılacağını da o bilir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri