Avq
2017
14:53
184
12
4681
Virtual karabakh

Rasim Balayev: Onlara aktyor demirəm, yazığım gəlir

8 Avq, 2017
14:53
4681

Rasim Balayev: Onlara aktyor demirəm, yazığım gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Rasim Balayev yaradıcılığı, yerli film, seriallar və yeni nəsil aktyorlar haqqında danışıb.

Oxu.Az-ın modern.az-a istinadla xəbərinə görə, o, durğunluq dövründədir və hazırda evdə istirahət edir.

“İndi evdə istirahət edirəm. Yaradıcılıq isə sıfırdır. Çünki mən istədiyim filmlər yoxdur. Ona görə günlər boşuna gedir. Filmlərə, seriallara dəvət olsa da, hamısı səviyyəsizdir. İndiki filmləri arabir izləyirəm. Filmlərimizdə mən istədiyim səviyyə yoxdur. Tamaşaçının, doğrudan da, sevdiyi filmlər çəkilmir.

İki nəfər meymunluq edən adam var. O da səviyyəsiz tamaşaçılara hesablanıb. Guya bunlar adamları güldürürlər. Amma özlərini gülünc vəziyyətə salırlar. Adamın yazığı gəlir ki, insan da insanı güldürmək üçün özünü belə rəzil vəziyyətə salarmı?! Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri